Liviyada helikopter qəzaya uğradı: 5 nəfər ölüb

Liviyanın cənub-şərqində yerləşən Kufra şəhərində helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan 5 nəfər həyatını itirib.

Referans Media xəbər verir ki, Kufra şəhərinin bələdiyyə sədri Məhəmməd Abdurrahim Bumerizin verdiyi məlumata görə, hadisə Kufradakı Əs-Sarrə Hava Bazasında baş verib. Bildirilib ki, helikopter təcili tibbi yardım (hava ambulansı) xidməti göstərdiyi zaman qəzaya uğrayıb.

Bələdiyyə sədri həlak olan şəxslərin ailələrinə səbir və başsağlığı verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki