Lökbatanda 2 avtomobil toqquşdu – 2 ölü var

  Lökbatanda iki minik avtomobili toqquşub.

Referans.az  xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Abşeron” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdiyi avtomobillər toqquşub.

Sürücü müxtəlif bədən xəsarətləri alıb, Elməddin Abbasov və sərnişin – 1978-ci il təvəllüdlü Xankişiyeva Aynurə Elxan qızı aldıqları xəsarətlərdən səhiyyə müəssisəsində ölüblər.

Fakta bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nömrəli cinayət işi başlanaraq istintaqı aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki