Lökbatanda suyun verilişində iki günlük fasilə olacaq

Yeni çəkilən su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində su təchizatında müvəqqəti fasilə yaranacaq.

Referans Media  xəbər verir ki, 2 iyun gecə saatlarından etibarən 4 iyun günorta saatlarınadək qəsəbəyə içməli suyun verilməsi dayandırılacaq.

 
Qurum yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyərək, göstərdikləri anlayışa görə minnətdarlığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki