London “turizm vergisi”nə hazırlaşır

İngiltərənin paytaxtı Londonda turist vergisinin tətbiq ediləcəyi gözlənilir. Londonun turist vergisindən ildə 240 milyon funt-sterlinqə qədər gəlir əldə edə biləcəyi təxmin edilir.

Referans MEDİA xəbər verir ki, Nyu-York və Tokionun ardınca London da turist vergisi üçün hazırlaşır.

Britaniya Maliyyə Naziri Reyçel Rivzin London meri Sadiq Xana və digər merlərə hazırda Parlamentdə müzakirə olunan “İngilis hakimiyyətinin devolusiyası və icma səlahiyyətlərinin artırılması haqqında qanun layihəsi” vasitəsilə turist vergisi tətbiq etmək səlahiyyəti verəcəyi gözlənilir.

Sadiq Xan da belə bir devolusiyaya çağırıb və Londonun turist vergisindən ildə 240 milyon funt sterlinqə qədər gəlir əldə edəbiləcəyi deyib.

Böyük Britaniya hazırda yeganə G7 ölkəsidir ki, burada milli hökumət yerli hakimiyyət orqanlarına və ya merlərə turist vergiləri tətbiq etməyə mane olur.

Şotlandiya və Uels bu yaxınlarda gündəlik ziyarətçilər üçün müxtəlif vergi növləri tətbiq etdilər. Uelsdə 2026-cı ildən etibarən ziyarətçilərdən gecəlik 1,30 funt sterlinq tutulacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki