image-lon1backend

Londonda İran bayrağı dəyişdirildi

İranın Londondakı səfirliyinin binasının eyvanındakı bayraq inqilabdan əvvəlki İran bayrağı ilə əvəz edilib.

 

Referans Media  xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

 

Məlumata görə, hadisə səfirlik qarşısında keçirilən etiraz aksiyası zamanı baş verib.

 

Bildirilir ki, polis əməkdaşları səfirliyin ərazisinə daxil olan və İran bayrağını endirən şəxsə müdaxilə etməyiblər. London polisinin mərkəzi idarəsi Skotland-Yard insidentin baş verdiyini təsdiqləyib.

 

Qurumdan verilən açıqlamada deyilir:

 

“İran səfirliyinin yaxınlığında keçirilən etiraz aksiyası ilə bağlı məlumatlıyıq. Aksiya zamanı bir etirazçının binanın eyvanına qalxdığı müşahidə olunub. Polis əməkdaşları hadisə yerindədir. Asayişin pozulmasının qarşısını almaq üçün əlavə qüvvələr cəlb edilib”./axar.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki