Avrasiya İqtisadi İttifaqının (Aİİ) orqanlarında sədrlik 2026-cı ildə Qazaxıstan tərəfinə keçəcək.
“Referans MEDİA“nın məlumatına görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının dar tərkibdə iclasında bildirib.
“Gündəliyin mühüm məsələlərindən biri – birliyimizin orqanlarında 2026-cı ildə sədrlik məsələsidir. Qaydaya uyğun olaraq bu şərəfli hüquq Qazaxıstan Respublikasına keçir. Əminəm ki, Astananın sədrliyi, həmişə olduğu kimi, Avrasiya iqtisadi inteqrasiyasının inkişafına yeni güclü təkan verəcək”, – deyə o bildirib./Report/
