image-aleksandr-lukashenko-2backend

Lukaşenkoya inək hədiyyə etdilər: görün nə dedi

Belarus Prezidenti Aleksandr Lukaşenkoya inək hədiyyə edilib.

Referans Media  xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

Lukaşenko prezident fermasındakı inəyə yaxşı baxılacağına söz verib.

“Heyvanlar öləndə buna dözə bilmirəm. Xüsusilə də buzovlar. Mən kənddə böyümüşəm. Evdə qoyunlarım və keçilərim var”, – deyə Belarus lideri bildirib.

Qeyd edək ki, Lukaşenkonun şəxsi fermasında inək, at, keçi, dəvəquşu, hinduşka, Çin və adi toyuq, qaz və dovşan da daxil olmaqla müxtəlif mal-qara və quş saxlanılır.

Onun həmçinin pişik və itləri var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki