Venesuela rəhbəri Nikolas Maduro Rusiyadan hərbi yardım istəyib.Referans xəbər verir ki, məlumatı The Washington Post qəzeti yayıb. Nəşrin məlumatına görə, ABŞ-ın artan təzyiqi fonunda Maduro Vladimir Putinə raket təchizatı, eləcə də radarların və döyüş təyyarələrinin təmirində kömək istədiyi məktub göndərib.
Bildirilir ki, bənzər müraciətlərlə Maduro Çin və İrana da üz tutub./Musavat.com
