Makron bəyanat verdi: Nüvə müharibəsi başlayır?

  Fransa Prezidenti Emmanuel Makron ölkəsinin nüvə doktrinasını yeniləmək niyyətində olduğunu açıqlayıb. Onun bu bəyanatı beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

Çünki nüvə silahları ilə bağlı siyasətdə hər hansı dəyişiklik yalnız Fransa üçün deyil, həm NATO, həm də qlobal təhlükəsizlik mühiti üçün ciddi nəticələr yarada bilər. Avropa ilə ABŞ arasında son illər müşahidə olunan fikir ayrılıqları, Ukrayna müharibəsinin getdikcə böyüməsi və qitənin təhlükəsizlik arxitekturasında yaranan gərginliklər fonunda Makronun bu addımı xüsusi diqqət çəkir.

Bəs Fransa liderinin nüvə doktrinasını dəyişmək barədə qərarı NATO-nun ümumi strategiyasına və ABŞ ilə münasibətlərə necə təsir göstərəcək, bu addım hansı səbəblərdən qaynaqlanır?

Referans.az xəbər verir ki , mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu gün Avropa ilə ABŞ arasında artıq fikir ayrılıqları bütövlükdə kollektiv  Qərbdə parçalanmalara səbəb olur.

Onun sözlərinə görə, Avropa öz təhlükəsizliyini özü təmin etməyə məcburdur:

“Bununla bağlı ayrı-ayrı dövlət başçıları da fikir bildiriblər. Bu istiqamətdə müəyyən işlər görülür. Belə ki, hərbi xərclər artırılır və hərbi təlimlərin sayı intensivləşdirilir. Nüvə doktrinasına dəyişiklik də Avropanın öz təhlükəsizliyini özü təmin etməsi istiqamətində atdığı növbəti addımdır”. 

K.Novruzovun fikrincə, nüvə müharibəsi ehtimalı getdikcə artır:

“Rusiya-Ukrayna müharibəsi getdikcə böyüyür. Bu proses artıq ABŞ və Avropanı bir-birinə vurur, kollektiv Qərb arxitekturasını dağıdır, Avropa ilə Rusiyanı üz-üzə qoyur. Beləliklə nüvə müharibəsinin baş verməsi daha real görünür. Bu da təbii ki, nüvə doktrinasına dəyişiklikləri zəruri edir”.    


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki