“Mançester Siti”nin müdafiəçisinin evi qarət olunduPortuqaliyalı “Mançester Siti” müdafiəçisi Ruben Diasın evi İngiltərə klubunun Çempionlar Liqasının səkkizinci turunda “Qalatasaray”la 2-0 hesablı oyun zamanı qarət edilib.
Referans Media “Çempionat”a istinadən verdiyi məlumata görə, futbolçu həmin vaxt stadionda, birgə yaşadığı sevgilisi, britaniyalı teleaparıcı isə Cənubi Afrika Respublikasında şou çəkilişlərində olub. .
Oğrular Olderli Ecdə yerləşən malikanəyə girərək zərgərlik əşyaları, elektronika, geyim və digər qiymətli əşyaları oğurlayıblar.
Yerli polis qarət faktını təsdiqləyib və araşdırmalar davam edir.
