Mbappe qovulsun – Artıq 40 milyon imza toplanıb

Fransız hücumçusu Kilian Mbappenin “Real Madrid”dən ayrılmasını tələb edən petisiya 40 milyondan çox imza toplayıb.

Referans Media  xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

İki gün əvvəl cəmi 11 milyon imza toplanmışdı. Daha əvvəl bildirilirdi ki, Kilian bir neçə komanda yoldaşının, xüsusən də Vinisius Juniorun davranışından narazıdır.

Futbolçu İspaniya çempionatının 35-ci turunda “Barselona” ilə oyundan əvvəl İtaliyaya tətilə getmiş və bundan sonra azarkeşlər tərəfindən tənqid olunmuşdu. “Barselona” ilə oyun mayın 10-da keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki