MDB liderlərinin qeyri-rəsmi görüşü Sankt-Peterburqda keçiriləcək

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Referans Media xəbər verir ki, bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən məlumat verib.

“Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin liderlərinin ənənəvi qeyri-rəsmi görüşü dekabrın 22-də keçiriləcək”, – deyə bildirilir.

Dekabrın 21-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.

Putin MDB ölkələrinin liderlərini oktyabrda Sankt-Peterburqda Birlik sammiti zamanı qeyri-rəsmi sammitə dəvət edib.//Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki