backend

Mehdiyevin həbsindən 1 ay keçər-keçməz pulları bitdi…

Xaricdə fəaliyyət göstərən ‘Azad Söz’ səhifələri fəaliyyətini dayandırdığını elan edib.

Bu barədə Tural Sadıqlı açıqlama yayıb.

O, bildirib ki, fəaliyyətin davamı üçün maliyyə dəstəyinə ehtiyac yaranıb. Maraqlıdır ki, illərdir xaricdən Azərbaycan iqtidarına qarşı çıxışlar edən bu qrup indiyədək heç vaxt maliyyə problemi ilə üzləşdiyini elan etməyib.

Oktyabr ayında Ramiz Mehdiyev barəsində ev həbsi qərarından sonra onun və ətrafının xaricdəki müxalif qrupları gizli maliyyələşdirdiklərinə dair iddialar irəli sürülmüşdü. Mehdiyev barədə qərardan az sonra Qabil Məmmədovun da fəallığının azalması və bir müddət ortadan itməsi və indi isə digər aktiv şəxs Tural Sadıqlının işi dayandırdığını elan etməsi ya çox nadir bir təsadüf, ya da sensasion ittihamın sadə təsdiqi sayıla bilər…

Bütün bunlar hələlik, yalnız ehtimallardır və əsas suallara yəqin ki, istintaq prosesi aydınlıq gətirəcək. (Azərbaycan24)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki