Moskvanın Taqanski rayonunda məhkəmə hakimi “Telegram Messenger Inc.” şirkəti ilə bağlı qərar qəbul edib.
Referans Media xəbər verir ki, bu barədə “Telegram” kanalı məlumat yayıb.
Moskva ümumi yurisdiksiya məhkəmələrinin verdiyi məlumata görə, qərar 16 dekabr 2025-ci ildə verilib.
Məhkəmə şirkəti inzibati xəta törətməkdə təqsirli bilib. Təyin olunmuş cəza 6 milyon rubl (126 min 774 manat) məbləğində inzibati cərimədən ibarətdir.
Xatırladaq ki, eyni məhkəmə oxşar maddə ilə “Twitch” yayım xidmətini də cərimələyib.
