Məhkəmədən Əli Kərimli ilə bağlı QƏRAR

Bakı Apelliyasiya Məhkəməsində hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin apeliyasiya şikayətinə baxılıb.

Referans Media  xəbər verir ki, məhkəmə Əli Kərimlinin şikayətini təmin etməyib.

AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verib.

Referans Media  Axar.az-a istinadən xəbər verir ki, bu gün (5 dekabr) saat 14:20-də Bakı Apellyasiya Məhkəməsində Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Səbail Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılacaq.

Qeyd edək ki, 1 dekabrda Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında Əli Kərimli barəsində 2,5 aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı CM-in 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki