Türkiyənin məşhur şoumeni Mehmet Ali Erbilin həyat yoldaşı Gülseren Erbil, verdiyi son açıqlamada şəxsi həyatı və analıq planları barədə danışıb. 27 yaşlı Gülseren Erbil, “O məsələ mənim üçün bağlanıb” ifadəsi ilə keçmişini tamamilə geridə qoyduğunu vurğulayıb.
Referans Media xəbər verir ki, Gülseren Erbil bildirib ki, artıq yenidən ana olmaq istəmir: “Yox yox, mən də ana olmaq istəmirəm. Mənim bir qızım var: Yasmin. Onunla münasibətimiz çox dostcadır, yaşıma yaxın hiss edirəm. Birlikdə vaxt keçirməkdən zövq alırıq.”
O, şoumenin keçmiş evliliklərindən dünyaya gələn uşaqları ilə möhkəm əlaqələr qurduğunu da açıqlayıb. Yasmin ilə münasibətinin klassik ana-qız münasibətindən fərqli olduğunu, daha çox dost münasibəti olduğunu söyləyib.
Mehmet Ali Erbil isə yenidən ata olmaq istəmir və ailə daxilində mövcud balansın hər kəs üçün daha sağlam olduğu qeyd edilir.
Qeyd edək ki, məşhur şoumen bu günə qədər altı dəfə evlənib. İlk evliliyindən Sezin, ikinci evliliyindən Yasmin, Tuğba Coşkun ilə evliliyindən isə Ali Sadi adlı övladları dünyaya gəlib. 2025-ci ildə isə Gülseren Erbil ilə altıncı evliliyini həyata keçirib.
