image-meksika-kartel-olaylaraa-2441642backend

Meksikada baş verən hadisələrdə ölənlərin sayı 73-ə çatıb

Meksikada Jalisco Yeni Nəsil Kartelinin lideri və ölkənin ən çox axtarılan narkobaronu kimi tanınan El Menchonun öldürülməsindən sonra başlayan zorakılıq hadisələrində həyatını itirənlərin sayı 73-ə yüksəlib.

Referans Media xəbər verir ki, Meksika mətbuatının məlumatına görə, başda Jalisco ştatı olmaqla bir neçə bölgədə kartel üzvlərinin törətdiyi şiddət hadisələri davam edir. Toqquşmalarda ölənlərdən 25-i təhlükəsizlik əməkdaşıdır.

Omar Garcia Harfuch bildirib ki, təhlükəsizlik tədbirləri gücləndirilib və əhaliyə sakit qalmaq çağırışı edilib. Onun sözlərinə görə, yolların böyük hissəsi yenidən açılıb, təhlükəsizlik qüvvələri nəzarəti ələ alıb və ölkə üzrə həyat tədricən normallaşır.

Sosial şəbəkələrdə yayılan görüntülərdə isə müxtəlif ştatlarda yolların bağlanması, avtomobillərin yandırılması və təhlükəsizlik qüvvələrinə hücumların davam etdiyi görünür.

Məlumata görə, hücuma məruz qalan təhlükəsizlik əməkdaşlarından 15-nin vəziyyəti ağırdır. Hökumətin zorakılığın intensiv olduğu bölgələrə 10 min hərbçi göndərdiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki