Meksikada vəziyyət gərgin olaraq qalır.
Referans Media xəbər verir ki, Xalisco Yeni Nəsil Karteli (CJNG) lideri kimi tanınan El Mençonun hərbi əməliyyat zamanı öldürüldüyü barədə məlumatlardan sonra ölkənin bir sıra bölgələrində zorakılıq halları baş verib.
Əməliyyatın Qvadalaxara yaxınlığında yerləşən Tapalpa qəsəbəsində keçirildiyi bildirilir. Hadisələrdən sonra xüsusilə Xalisko ştatında və bəzi digər ərazilərdə yollar bağlanıb, avtomobillər və obyektlər yandırılıb, ictimai nəqliyyat dayandırılıb, qırmızı xəbərdarlıq rejimi tətbiq olunub.
Prezident Klaudiya Şeynbaum sosial şəbəkə platforması X-də yaydığı açıqlamada ölkənin böyük hissəsində gündəlik həyatın normal davam etdiyini vurğulayıb.
O bildirib: “Bütün ştat rəhbərlikləri ilə tam koordinasiya içindəyik. Məlumatlı qalmalı və sakitliyimizi qorumalıyıq.”
Prezident həmçinin Meksika Ordusu, Milli Qvardiya və Təhlükəsizlik qurumlarına təşəkkür edib və hökumətin ölkədə sülh və təhlükəsizliyin təmin olunması üçün fasiləsiz çalışdığını qeyd edib.
