Meksikada təyyarə qəzası: 7 nəfər öldü

Meksikanın paytaxtı Mexikodan təxminən 50 kilometr qərbdə kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı 7 nəfər dünyasını dəyişib.

Referans Media xəbər verir ki, Mexiko Şəhər Mülki Müdafiə Koordinatoru Adrian Hernandesin verdiyi məlumata görə, Toluka hava limanından təxminən 5 kilometr məsafədə fövqəladə eniş etməyə çalışan kiçik təyyarə yerə çırpılıb.

Hernandes bildirib ki, təyyarədə 8 sərnişin və 2 ekipaj üzvü olmaqla ümumilikdə 10 nəfər qeydiyyatda olub. Hazırda 7 nəfərin meyiti aşkar edilib.

Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki