Mənsur İbrahimli vəfat etdi-FOTO
Referans Media xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
Bildirilib ki, M.İbrahimli qəfil ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, M.İbrahimli 1971-ci il fevralın 1-də anadan olub. O, əvvəllər Azərbaycan Dövlət Pedoqoji Universitetinin mətbuat xidmətinin rəhbəri olub. 2019-2022-ci illərdə BSU-nun mətbuat katibi vəzifəsində çalışıb. Daha sonra ali məktəbin bölmə rəhbəri olub.























