Meqastar geri döndü, biletlər yox satıldı – Qara bazar alovlandı

Meqastar Tarkan, 7 illik fasilədən sonra İstanbul konsertləri ilə səhnələrə qayıtdı.

Referans Media xəbər verir ki, konsertlərin biletleri satışa çıxdığı kimi tükəndi və dərhal qara bazara düşdü.

Bilet izdihamı

İlk satışlarda bilet qiymətləri 1522 lirədən 12600 lirəyə qədər dəyişirdi. Satış başlayandan sonra 170 mindən çox insan onlayn növbəyə daxil oldu, lakin əksəriyyət bilet ala bilmədi.

Qara bazarda bilet qiymətləri isə 200 min lirəyə qədər yüksəldi. Localar isə 250 min lirəyə satıldı və bütün localar qısa müddət ərzində tükəndi.

Konsert sayı artırıldı

Tarkanın 4 günlük konsert biletleri 45 dəqiqə ərzində tükəndi və satış sistemi çöktü. Bunun üzərinə konsert sayı 8-ə yüksəldildi. Sonrakı 4 konsertin biletleri isə 1 saat içində satıldı.

Konsertlər üçün 300 nəfərlik bir heyət çalışır. Tarkan üçün səhnə xüsusi olaraq “T” formasına çevrildi.

Tarkan, qara bazarın qarşısını almaq üçün heyətinə göstəriş verib: “Hüquqi yollara müraciət edək.”

Bilet satış saytları da hər şəxsin ən çox 4 bilet ala bilməsi ilə satışları məhdudlaşdırdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki