Mərkəzi Bankda yeni təyinat

Azərbaycan Mərkəzi Bankının Data departamentinə yeni direktor təyin edilib.

Referans Media “Report”a istinadən xəbər verir ki, bu vəzifə Elmir Həsənliyə həvalə olunub.

Məlumata görə, o, indiyə qədər həmin departamentin Data əməliyyatları və Analitika şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, E.Həsənli AMB-dən əvvəl müxtəlif banklarda çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki