Merve Taşkının banka hesabı müsadirə edildi? Fenomen iddialara cavab verdi

İstanbulda aparılan “narkotik” və “fahişəlik” üzrə istintaq çərçivəsində, sosial media fenomeni Merve Taşkın haqqında həbs qərarı çıxarıldığı iddia edilib. Eyni zamanda, onun bank hesablarındakı pulların müsadirə edildiyi xəbərləri gündəmə gəlib.

Referans Media xəbər verir ki, Merve Taşkın sosial media hesabından paylaşım edərək iddiaları yalanlayıb. O bildirib: “O bankada hesabım belə yoxdur. Yalnız … bankındakı hesabım bağlanıb.”

“Ayda 100 min dollar qazanıram”

Daha əvvəl verdiyi açıqlamalarda aylıq gəlirini açıqlayan Merve Taşkın demişdi: “Ayda 100 min dollar qazanıram, amma niyyətim daha çox qazanmaqdır. 100 min dollar mənə kifayət etmir, daha çox qazanmaq istəyirəm.”

Baş Prokurorluqdan istintaqın gedişatı ilə bağlı rəsmi açıqlama verilməsə də, cinayət işi ilə bağlı araşdırmalar davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki