Məşhur aktrisa Melek Baykal, “Akasya Durağı” serialının yenidən çəkiləcəyi ilə bağlı suallara cavab verərkən, əvvəl rol aldığı bu layihəni heç sevmədiyini açıqlayıb.
Referans Media xəbər verir ki, Melek Baykal, “Akasya Durağı” serialında qısa müddət rol aldığını və bu səbəbdən prodüser Türker İnanoğlundan üzr istədiyini söyləyib. Aktrisa, ümumiyyətlə seriallara baxmadığını və teatr sahəsində qalmaq istədiyini bildirib.
Melek Baykal sözlərinə belə davam edib: “Akasya Durağı, mənim çox sevdiyim bir iş deyil. Zamanında da qısa müddət rol alıb, Türker İnanoğlu’ndan üzr istəmişdim. Orada çox qısa çalışdım.”
10 gün əvvəl yeni bir serial təklifi aldığını qeyd edən Baykal, televiziya layihələrinə maraq göstərmədiyini vurğuladı: “Mən buradakı sənətə çox inananlardanam. Teatrda qalmaq istəyirəm və bunu sevirəm. Mən televiziya seriallarının fanatı deyiləm və yeni serial düşünmürəm.”
