“Kerri” və “Dallas” kimi filmlərdə rol alan amerikalı aktrisa Priskilla Pointer 100 yaşında vəfat edib.
Referans xəbər verir ki, məşhur aktrisanın ölümünü onun oğlu, yazıçı və rejissor Devid İrvinq elan edib.
Bildirilib ki, Pointer qocalar evində dünyasını dəyişib.
Pointer 1976-cı ildə Brian De Palmanın “Kerri” qorxu filmində qızı ilə birlikdə rol alaraq böyük rəğbət qazanıb. O, daha sonra qızı ilə birlikdə daha altı filmdə rol alıb.
Kino karyerası boyu bir çox mühüm layihələrdə iştirak edən Pointer 1977-ci ildə çəkilmiş “Looking for Mr. Goodbar” filmində baş rolda oynayıb./publika.az


