Türkiyəli məşhur aktrisa Naz Elmasın sosial şəbəkədə paylaşdığı son fotolar geniş müzakirələrə səbəb olub.
Referans Media xəbər verir ki, 2004-cü ildə yayımlanan “Haziran Gecəsi” serialında canlandırdığı “Havin” obrazı ilə tanınan Naz Elmas bu dəfə aktyorluğu ilə deyil, görünüşü ilə gündəmə gəlib.
42 yaşlı aktrisanın təbiət qoynunda çəkdirdiyi və sosial media hesabında paylaşdığı fotolar izləyicilərin diqqətindən yayınmayıb. Şəkillərdəki hamar dəri görünüşü, dəyişmiş üz cizgiləri və ümumi görüntü bir çox istifadəçinin rəqəmsal filtrlərdən intensiv istifadə edildiyini iddia etməsinə səbəb olub.
Naz Elmasın son görüntüləri sosial şəbəkələrdə qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb. Bəzi izləyicilər aktrisanın fotolarında “uşaq filtri” və ya müxtəlif foto redaktə proqramlarından istifadə etdiyini irəli sürüblər.
Paylaşımların altında “Bu necə filtrdir?”, “Özünü tanımaq olmur”, “Təbii halı daha gözəldir” kimi çoxsaylı rəylər yer alıb.
Qeyd edək ki, Naz Elmas bir müddət əvvəl “Doktor: Başka Hayatta” layihəsində qonaq aktyor kimi ekranlara qayıtmışdı. Aktrisa barəsində səsləndirilən filtr və görüntü redaktəsi iddialarına isə hələlik hər hansı açıqlama verməyib.
Sosial mediada rəqəmsal filtrlərin istifadəsi ilə bağlı müzakirələr son illər tez-tez gündəmə gəlir. Naz Elmasın son paylaşımı da bu mövzuda yeni debatların yaranmasına səbəb olub.
