Çoxsaylı uğurlu layihələrdə rol alan aktyor Erkan Avcı sosial mediada izləyicilərini torpaq və mənzil satmaq üçün onun adından istifadə edən fırıldaqçılara qarşı xəbərdar edib.
Referans Media xəbər verir ki, ən son olaraq “Kızılcık Şərbəti” serialında Asil obrazını canlandıran uğurlu aktyor, izləyicilərini sosial media hesabındakı paylaşımda diqqətli olmaları barədə xəbərdar edib. Aktyor, onun adından istifadə edərək torpaq və mənzil satan fırıldaqçıların olduğunu bildirib.
“Kızılcık Şərbəti” serialından Asil Erkan Avcı, Diyarbəkirdə və müxtəlif tətil mərkəzlərində onun adından istifadə edərək torpaq və mənzil satan fırıldaqçılara qarşı xəbərdar edib.
İnstaqram hesabında dərc etdiyi mesajda hüquqi proseslərin başladığını bildirən aktyor deyib: “Son günlərdə, xüsusən də Diyarbəkirdə və müxtəlif tətil bölgələrində adımdan istifadə edilərək torpaq və mənzil satışlarının aparıldığı barədə məlumat aldım. Açıq və birmənalı şəkildə bildirmək istəyirəm ki, bu satışlar, reklamlar və ya ünsiyyətlərlə heç bir əlaqəm yoxdur. Adımdan istifadə edilən bu cəhdlər tamamilə icazəsiz və qanunsuzdur. Mənim adımla heç bir daşınmaz əmlak alqı-satqısı prosesi aparılmır. Sizi bu cür cəhdlərə qarşı diqqətli olmağa və hər hansı bir əməliyyat aparmazdan əvvəl rəsmi və təsdiqlənə bilən mənbələrdən təsdiq almağa çağırıram. Bu məsələ ilə bağlı lazımi hüquqi proseslər başlanıb”.
Erkan Avcı 1 yanvar 1982-ci ildə Diyarbəkirdə anadan olub. Memar Sinan Universitetinin məzunu olan uğurlu aktyor “Karadayı” serialında Necdet Güney (Barut) obrazını canlandırması ilə şöhrət qazanıb.
O, 2011-ci ildə 48-ci Qızıl Portağal Film Festivalında “Zenne” filmindəki “Əhməd” roluna görə “Ən Yaxşı Kişi Aktyoru” mükafatını qazanıb.
