Məşhur aktyor milyonluq borc səbəbi ilə Türkiyədən qaçdı

“Yasak Elma”, “İkimizin Sırrı” və “Maria” kimi seriallarda rol alan aktyor Ceyhun Mengiroğlu, təxminən 15 milyon TL borc səbəbi ilə Baliyə köçüb. Uzun müddət Türkiyəyə dönməyən və alacaqlıların zənglərinə cavab verməyən Mengiroğlu barədə cinayət işi açılıb.

Referans Media xəbər verir ki, son olaraq TRT-nin “Teşkilat” serialında rol alan 40 yaşlı aktyor, banklardan və biznesmenlərdən aldığı borcların ardından Türkiyəni tərk edib. Yaz aylarında həyat yoldaşı ilə birlikdə Baliyə getdiyi iddia edilən Mengiroğlu, 2025-ci ilin avqustundan bəri Türkiyəyə qayıtmayıb.

Çox sayda şəxsin şikayəti nəticəsində aktyor barədə axtarış qərarı çıxarılıb.

Mengiroğlu, Türkiyəni tərk etmədən əvvəl banklardan kredit götürüb və kredit kartlarının limitini tam istifadə edib. Aktyor, əsasən serial və film sektoru daxil olmaqla tanıdıqlarından 10 milyon TL-dən çox borc toplayıb. Bu pullarla birlikdə Bali-də yeni bir həyata başladığı bildirilib.

Son altı aydır xaricdə olan Mengiroğlu, tanışları ilə bütün əlaqəsini kəsib və əvvəlki telefon nömrəsini istifadə etmir.

Hadisə, həm serial izləyiciləri, həm də Türkiyə mətbuatında geniş müzakirə mövzusuna çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki