Türkiyəli aktyor Arda Kural, 14 Fevral Sevgililər Günü münasibətilə sevgilisi ilə birgə paylaşdığı foto ilə sosial mediada yenidən gündəmə gəldi. Psixoz diaqnozu qoyulduqdan sonra bir müddət ekranlardan uzaq qalan Kural, paylaşımı ilə izləyicilərinin marağını çəkdi.
Referans Media xəbər verir ki, uzun illər sağlamlıq problemləri ilə gündəmdə olan Arda Kural, 2012-ci ildə Bakırköy Ruhi və Nevroloji Xəstəliklər Xəstəxanasında müalicə almışdı. Hazırda isə sənətkarın görünüşü, onu ilk dəfə tanıyanlara sanki ilk günlərini xatırladır və izləyiciləri təəccübləndirir.
Arda Kural, “Eyvah Kızım Büyüdü”, “Lise Defteri” və “Emret Komutanım” kimi seriallardakı rolları ilə yadda qalıb. Xüsusilə “Eyvah Kızım Büyüdü”dəki Altay rolu ilə Leonardo DiKaprioya bənzərliyi diqqət çəkmişdi.
1999-cu ildə teatr səhnəsində karyerasına başlayan Kural, müxtəlif teatr oyunları və VJ-lik təcrübələri ilə sənət həyatına rəng qatıb. Maddi və psixoloji çətinliklər yaşayan aktyor, illər sonra həm sağlamlığını bərpa edib, həm də izləyicilərinə ilk günlərdəki enerjisini xatırladan görüntülər təqdim edir.
