image-pakozbackend

Məşhur aparıcı xərçəngə yoluxdu: “Heç vaxt təslim olmayacam”

Türkiyənin tanınmış televiziya simalarından olan Serap Paköz pərəstişkarlarını kədərləndirən xəbər paylaşıb. Məşhur aparıcı sosial media hesabından xəstəxana otağından video yayımlayaraq, süd vəzisi xərçəngi ilə mübarizə apardığını açıqlayıb.

Referans Media  xəbər verir ki, bir müddətdir səssizliyini qoruyan Paköz kimyaterapiya prosesində olduğunu və xəstəliyin diaqnozunun mart ayında qoyulduğunu bildirib.

Yaşadığı çətin prosesi izləyiciləri ilə bölüşən aparıcı hadisələrin sürətlə cərəyan etdiyini qeyd edib:

“Dostlar, bir müddətdir səhnə arxasında böyük bir hazırlıq var idi və artıq sizinlə paylaşmaq vaxtı gəldi. Təxminən bir ay əvvəl həyatıma xərçəng kəlməsi girdi, amma mən onu bir son deyil, yeni bir mənə gedən yolun başlanğıcı kimi qəbul etdim. Martın 10-u gecəsi sağlam bir qadın kimi yatdım, 11-i isə süd vəzisi xərçəngi diaqnozu qoyulmuş bir qadın idim. Martın 30-dan bəri kimyaterapiya yolculuğum davam edir”.

Müalicə səbəbindən saçları tökülməyə başlayan ulduz aparıcı həmin anları videoya çəkərək saçlarını qırxdırıb. O, bu vəziyyəti itki deyil, bir azadlıq və qəbul etmə prosesi kimi gördüyünü vurğulayıb:

“Sarsıldım? Bəli. Amma təslim oldum? Əsla! Bu videoda gördüyünüz sadəcə bir saç kəsimi deyil; bir qəbul ediş, bir azadlıq və tamamilə yeni bir üslubun doğuşudur. Perukların arxasında gizlənməyəcək, bu prosesi bütün reallığı ilə qucaqlayacağam”/sfera.az.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki