Mərhum sənətçi Fatih Ürəkin vəfatından sonra bu dəfə onun ailəsi ilə bağlı irəli sürülən iddialar ictimaiyyətin diqqət mərkəzinə düşüb. Türkiyəli aparıcı Nur Tuğba Namlı, sənətçinin həyatı uğrunda mübarizə apardığı dövrdə evlərinin talan edildiyini iddia edərək, xüsusilə Fatih Ürəkin bacılarını hədəf alan ağır açıqlamalar verib.
Referans Media xəbər verir ki, 107 gün reanimasiyada müalicə alan və 59 yaşında dünyasını dəyişən Fatih Ürək, bazar günü son mənzilə yola salınıb. Lakin dəfn mərasimindən sonra bu dəfə ailədaxili qalmaqallı iddialar gündəmə gətirilib.
“Hələ sağ ikən evlərinə girilib” “Gel Konuşalım” verilişində çıxış edən Nur Tuğba Namlı bildirib ki, Fatih Ürək hələ sağ olduğu müddətdə İstanbul və Bodrumdakı evlərinə icazəsiz daxil olunub və çoxsaylı qiymətli əşyalar aparılıb.
“İnsan ölüm-dirim savaşı verir. Bu arada İstanbul və Bodrumdakı evləri talan olunur. Çox etibarlı mənbədən eşitməsəydim, bunu əsla dilə gətirməzdim”, – deyə Namlı vurğulayıb.
Kürk və zinət əşyaları ilə bağlı ağır ittihamlar
Aparıcı, Fatih Ürəkin daim taxdığı biləkliklərin hazırda başqalarının qolunda olduğunu, bahalı kürklərin isə İzmirə aparıldığını iddia edib. Namlı bildirib ki, həmin kürklər məşhur kürk mağazalarından birində satılmağa çalışılıb.
“Bütün kürklər İzmirə aparılıb. Lazım gələrsə, həmin kürk mağazasının adını da açıqlaya bilərəm”.
Sual dolu çıxış
Nur Tuğba Namlı iddialarını sərt suallarla davam etdirib:
“O kürklər doğrudanmı İzmirə aparılıb?” “Kürk mağazalarına satılması üçün cəhd göstərilibmi?” “Qolundakı və seyfdəki biləkliklər indi kimin qolundadır?”
Aparıcı baş verənləri əxlaqi baxımdan qəbuledilməz adlandıraraq, bu iddiaların ictimai vicdanı sarsıtdığını bildirib.
