Məşhur astroloqdan 14 fevral xəbərdarlığı: İş, sevgi və ailə…

Məşhur astroloq Dinçer Güner, Şir Dolunayının (Bədrlənmiş ay) təsirlərinə diqqət çəkərək, 13-14 Fevral tarixlərinə qədər iş, sevgi və ailə sahələrində böyük gərginlik və ani dəyişikliklər ola biləcəyini açıqlayıb.

Referans Media xəbər verir ki, məşhur astroloq qeyd edir ki, 2 Fevralda 13 dərəcə şir bürcündə Mars ilə sərt kontaktın olduğu dolunay baş verib. Bu təsirlər artıq 3-4 gün əvvəl hiss olunmağa başlayıb və 13-14 Fevral tarixinə qədər davam edəcək.

Şir bürcünün görünmək, diqqət çəkmək və özünü göstərmək istəyi ilə bağlıdır. Mars isə enerji və mübarizə gücümüzü simvolizə edir. Dolunay dövründə insanlar həm istəkli və diqqət tələb edən, həm də əsəbi və qısaqapan tərəflərini daha çox göstərə bilər.

Kiçik tənqidlər böyük reaksiyalara səbəb ola bilər. İş, sevgi və ailədə eqo savaşları və ani partlayışlar baş verə bilər. Romantik əlaqələrdə uzun müddət ertələnmiş addımları atmaq üçün ideal, lakin bir qədər də riskli dövrdür. Mövcud münasibətlərdə hər şey qaydasındadırsa, dolunay ehtiras və əyləncə dozasını artırır; əks halda, “mən haqlıyam, sən haqlısan” mübahisələri daha sərt keçə bilər. Ani qərarlar verməkdən çəkinin: işdən ayrılmaq, münasibəti bitirmək və ya əsəblə hərəkət etmək risklidir. İş yerində və ya sosial mediada impulsiv reaksiyalar yaratmaq ehtimalı yüksəkdir. Yaradıcı işlə məşğul olanlar üçün dolunay ideya və ilham qaynağıdır: fərqli və cəsarətli addımlar üçün ideal zaman. Sağlamlığa diqqət edin: qalb ritmi, təzyiq dalğalanmaları, xırda yaralanmalar riski artmışdır.

Dinçer Güner vurğulayır ki, dolunayın təsiri keçənədək – yəni 2-3 gün ərzində – səbrli olmaq, ani qərarlar verməmək və emosiyaları idarə etmək vacibdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki