backend

Məşhur məşqçi öldü

Məşhur fransız futbol məşqçisi Jan-Lui Qasse cümə günü vəfat edib.

Referans Media xəbər verir ki, dekabrın 9-da onun 72 yaşı tamam olmuşdu.

Jan-Lui “Monpelye”nin qurucularından biri olan Bernard Qassetin oğludur. O, məşqçilik etməzdən əvvəl demək olar ki, bütün oyunçu karyerasını bu klubda keçirib.

“Monpelye” həmçinin Jan-Lui Qassenin son klubu olub və ona 2024-cü ilin oktyabrından 2025-ci ilin aprelinə qədər rəhbərlik edib.

Məşqçilik karyerası ərzində Qasse “Bordo”da, Fransa millisində və PSJ-də Loran Blanın köməkçisi vəzifəsində çalışıb. Baş məşqçi kimi o, “Sent-Etyen”, “Bordo”, “Marsel”, Fil Dişi Sahili millisində və digər komandalarda çalışıb.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki