Məşhur tikinti şirkəti borca düşdü – Müflis elan ediləcək

  Azərbaycanda tikinti şirkəti müflis olub.

Referans.az  yenisabah-a istinadən xəbər verir ki, “RS Construction” Məhdud Məsuliyyətli Cəmiyyət müflis elan edilməsi üçün məhkəməyə müraciət edib.

 Buna səbəb şirkətin borca düşməsidir.Bakı Kommersiya Məhkəməsi noyabrın 18-də bununla bağlı işə baxacaq.

Qeyd edək ki, “RS CONSTRUCTİON” tikinti, memarlıq, planlaşdırma, interyer və eksteryer layihələrinin hazırlanması, müxtəlif dizaynda fərdi yaşayış evlərinin, villaların, koteclərin və müxtəlif qeyri – yaşayış sahələrinin tikintisinin aparılması, tam şəkildə təmiri, eləcə də qabaqcıl avadanlıqların quraşdırılması üzrə ixtisaslaşmış şirkətdir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki