Məşhurlara yönəlmiş şok əməliyyat: Murat Dalkılıç, Kaan Tangöze və İsmail Hacıoğlu saxlanıldı

İstanbulda məşhurlara yönəlmiş narkotik və fahişəlik üzrə aparılan istintaq çərçivəsində 17 nəfər saxlanılıb, onlardan biri xaricdə olduğu üçün hələ tutulmayıb.

Referans Media xəbər verir ki, saxlanılanlar arasında müğənnilər Murat Dalkılıç, Kaan Tangöze, aktyor İsmail Hacıoğlu və Kemal Doğulu da var.

İstanbul Respublika  Baş Prokurorluğunun həyata keçirdiyi əməliyyat “narkotik maddələrin istifadəsi və satışı, fahişəliyə təşviq və vasitəçilik” maddələri üzrə aparılıb. Əməliyyat çərçivəsində ümumilikdə 25 nəfərə qarşı tədbir görülüb, nəticədə 17 nəfər saxlanılıb.

Evdə tapılanlar

Kaan Tangözenin evində 17,6 qram marixuana aşkar olunub.

İsmail Hacıoğlundan isə 33 qram marixuana götürülüb.

Ümumi olaraq, 17 şübhəlidən 52,46 qram marixuana maddəsi müsadirə edilib.

Saxlanılan şəxslərin siyahısı Hakan Tunçelli (Terzi adlı məkânın sahibi) Murat Dalkılıç (müğənni) Rıza Kaan Tangöze (Duman qrupu solisti) Murat Cevahiroğlu Barış Talay Hakan Kakız Kemal Doğulu Murat Öztürk (Bonivex adlı şirkət sahibi) Murathan Kurt (Züber şirkətinin ortağı) Nailcan Kurt (Züber şirkətinin ortağı) Alihan Taşkın Tolga Sezgin Ramazan Bayar Aygün Aydın Buse Görkem Narcı İsmail Hacıoğlu Furkan Koçan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki