“Bütün bunların bitməsini istəmirəm, amma anlayıram ki, bu an yaxınlaşır. Nə vaxtsa olacaq. O zamana qədər addım-addım irəli gedəcəyəm, günü-gündən yaşayacağam”, – deyə 38 yaşlı futbolçu deyib.
Qeyd edək ki, sentyabrın 5-də Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Venesuela millisinin qapısına iki dəfə qol vurub. Argentina 3:0 hesabı ilə qalib gəlib.
Futbolçu daha əvvəl forvard komandasının artıq vəsiqə qazandığı 2026-cı il dünya çempionatında oynamayacağını açıqlamışdı.
Xatırladaq ki, Messi 8 dəfə “Qızıl top”un qalibi olub. Onun futbolçu karyerası 2003-cü ildən davam edir.
