Məsud Pezeşkian: Heç bir gücə boyun əyməyəcəyik

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin heç bir təzyiq qarşısında geri çəkilməyəcəyini bildirib. O, İranın şərəfini şəxsi rahatlıq və maddi maraqlara qurban verməyəcəklərini deyib.

Pezeşkian qeyd edib ki, İran düşmənlərinin məqsədi cəmiyyətdə parçalanma yaratmaqdır. O, danışıqlara qarşı çıxan fikirləri də tənqid edərək, “Şərəfimizi qoruyaraq danışıqlar aparırıq və xalqımızın hüquqlarını müdafiə edəcəyik” ifadəsini işlədib.

İran lideri ölkədəki enerji böhranına da toxunaraq, elektrik və təbii qaz istehlakının Avropadan 3 dəfə çox olduğunu bildirib. O, enerjiyə qənaət edilməzsə, yay və qış aylarında ciddi problemlərin yaranacağını vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki