Metro sərnişinlərinə şad xəbər: interval azaldılır

  Bakı metrosunda Bənövşəyi xətt üzrə stansiyalarda qatarların hərəkət intervalı azadılır.

Referans bildirir ki, “APA-Economics”in əldə etdiyi məlumata görə, “Avtovağzal”-“8 Noyabr” mənzilində qatarların hərəkət intervalı 8 dəqiqədən 5 dəqiqəyə endirilib.

Metronun “Xocəsən” stansiyası istiqamətində isə qatarların hərəkət intervalı 16 dəqiqədən 10 dəqiqəyə kimi azaldılıb.

Xatırladaq ki, Bənövşəyi xətt üzrə hərəkət intervalının azaldılması test rejimində tətbiq edilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki