Metronun çıxışında bərpa işləri tamamlandı

Bakı metrosunun “Nəriman Nərimanov” stansiyasının 4-cü keçid çıxışındakı divar üzlüklərinin bərpası ilə bağlı işlər tamamlanıb.

Referans Mediaxəbər verir ki, bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata əsasən, həmçinin görmə məhdudiyyətli sərnişinlərin metrodan daha rahat və təhlükəsiz istifadəsi üçün stansiyada taktil döşəmələr quraşdırılıb.

Pilot layihənin qarşıdakı müddətdə digər stansiyalarda da tətbiqi nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki