Belə ki, “Rossenerlər” “Verona” klubunun yarımmüdafiəçisi Alfadjo Sisseni transfer ediblər.
Referans Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 19 yaşlı futbolçunun keçidi üçün “Verona”ya 8 milyon avro ödəniləcək. Müqavilədə əlavə olaraq 1,5 milyon avro bonus da nəzərdə tutulub. Sisse cari mövsüm başa çatdıqdan sonra – yayda Milana qoşulacaq. Gənc oyunçu mövsümün sonuna qədər icarə əsasında çıxış etdiyi “Katandzaro” klubunda qalacaq.
O, bu mövsüm B Seriyasında 21 oyuna çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
