Milandakı San Siro stadionunda 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi olub.
Referans Media xəbər verir ki, Olimpiada fevralın 4-də qarışıq cütlüklərin körlinq turniri ilə başlayıb. İtaliyada 16 idman növü üzrə 116 medal uğrunda mübarizə aparılacaq.
Azərbaycan təmsilçilərindən Vladimir Litvintsev fevralın 10-da, Anastasiya Papatoma isə ayın 15-də öz qüvvəsini sınayacaq.//Teleqraf
