Milli Qəhrəmanın ailəsinə ağır itki – FOTOLAR

Qəbələ rayonunun Aşağı Həmzəli kəndində tanınmış ziyalı, Azərbaycan dili və ədəbiyyatı müəllimi Qasım Əliyev vəfat edib.

Referans Media “Unikal”a istinadən xəbər verir ki, mərhum uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. O, həmçinin el şənliklərində musiqiçi kimi də xidmət göstərib.

Qeyd edək ki, Qasım Əliyev Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun qayınatası olub.

Milli Qəhrəman Şükür Həmidovun ailəsinə ağır itki - FOTOLARMilli Qəhrəman Şükür Həmidovun ailəsinə ağır itki - FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki