Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoldaşlıq görüşünü keçirib.
Referans.az xəbər verir ki, komanda Qazaxıstan yığması ilə qarşılaşıb.
Çimkənd şəhər stadionunda təşkil olunan görüşdə millimiz 2:1 hesabı ilə qələbə qazanıb.24 oktyabr
18:00. Qazaxıstan (Qadınlar) – Azərbaycan (Qadınlar) – 1:2
Qollar: Esra Manya, 30, Sevinc Cəfərzadə, 82
Baş hakim: Gulşoda Saidkulova (Özbəkistan)
Çimkənd şəhər stadionu
