Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media Unikal-a istinadla xəbər verir ki, qəza Heydər Əliyev prospektinin şəhər avtovağzalı yaxınlığından keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan “Mercedes”in sürücüsü, 1981-ci il təvəllüdlü Elgiz Kazımov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.























