Mingəçevirdə maşın iki piyadanı vurub.
Referans Media Unikal-a istinadla xəbər verir ki, “Ford tranzit” markalı avtomobil eyni anda yolu keçmək istəyən iki piyadanı vurub. Müxtəlif bədən xəsarəti alan piyadalar xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
