Morgan Stanley 2 500 əməkdaşını ixtisar etməyə hazırlaşır

ABŞ-ın böyük banklarından olan Morgan Stanley səmərəliliyi artırmaq və strateji dönüşüm planı çərçivəsində işçi heyətinin təxminən 3 faizini ixtisar etməyi, yəni təxminən 2 500 əməkdaşın işdən çıxarılmasını planlaşdırır.

Referans Media xəbər verir ki, xarici medianın məlumatına görə, ixtisarlar bankın investisiya bankçılığı və ticarət, aktivlərin idarə edilməsi və investisiya idarəçiliyi bölmələrini əhatə edəcək. Qərarın filiallarda çalışan maliyyə məsləhətçilərinə şamil olunmayacağı bildirilir.

Qeyd olunur ki, bank ötən il rekord maliyyə nəticələri əldə etsə də, rəhbərlik bəzi sahələrdə kiçilmə apararaq, böyümə potensialı olan strateji şöbələrdə işçi sayını artırmağı planlaşdırır.

Ekspertlər bildirirlər ki, ABŞ şirkətlərində son dövrdə avtomatlaşdırma və süni intellektin iş proseslərinə inteqrasiyası kütləvi ixtisarların əsas səbəblərindən biridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki