Moskva səmasında gərgin anlar: Bir gündə 5-ci PUA vuruldu

Moskva ətrafında pilotsuz uçan aparatlardan biri daha məhv edilib.

Bu barədə şəhər meri Sergey Sobyanin Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hadisə çərşənbə axşamı axşam saat 20:00 radələrində baş verib. Hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru yaxınlaşan dördüncü PUA-nı da vuraraq zərərsizləşdirib.

Rəsmi açıqlamada bildirilir ki, Fövqəladə Hallar Xidməti hadisə yerində dağıntıların aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin görülməsi ilə məşğuldur.

Qeyd edək ki, bundan əvvəl gün ərzində – saat 13:00-dan 20:00-a qədər şəhərə doğru yaxınlaşan daha dörd pilotsuz uçan aparatın məhv edildiyi açıqlanıb./globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki