backend

Moskvada təyyarə qəzaya uğradı

Moskva vilayətinin Serpuxov şəhərindəki Novinki aerodromu yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Referans Media  xəbər verir ki, bu barədə TASS-a təcili yardım xidmətlərindən məlumat verilib.

“Novinki aerodromundan 3 kilometr aralıda iki nəfərlik yüngül mühərrikli təyyarə uçuş zamanı qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarədə iki nəfər olub, onlardan biri yaralanıb”, – agentliyə mənbə bildirib.

Təcili yardım xidmətləri hadisənin bütün hallarını müəyyən etmək üçün hadisə yerində işləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki