Rusiya tərəfi “Tramp Marşrutu” təşəbbüsünün parametrləri üzrə İrəvanla məsləhətləşməyə hazırdır.
Referans Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin “RİA Novosti”yə bildirib.
O qeyd edib ki, “Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları” şirkəti Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Region Rusiya dəmir yolu xətlərindən istifadə edir. Marşrut əsasən sərhədçilərimizin məsuliyyət zonasından keçəcək”.
Ermənistanın AİB-ə üzvlüyünə toxunan Kaluqin, təşəbbüsün Rusiyanın iştirakı olmadan həyata keçirilməsinin çətin olduğunu vurğulayıb.






















