image-qarabag-nefcibackend

Mövsümün sonuncu Azərbaycan derbisi

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçiriləcək.

Referans Media  xəbər verir ki, “Neftçi” “Qarabağ”ı qəbul edəcək. Qarşılaşma “Neftçi Arena”da baş tutacaq və saat 20:00-da start veriləcək.

Bu, mövsümün sonuncu Azərbaycan derbisi olacaq. Bundan əvvəl komandalar arasında baş tutan iki görüşdə Ağdam klubu 2:0 və 5:1 hesabı ilə qalib gəlib. Komandalar son olaraq 4 gün öncə Premyer Liqa çərçivəsində üz-üzə gəlib.

Azərbaycan Premyer Liqası, 21-ci turdan təxirə salınmış oyun
30 aprel

20:00 Neftçi – Qarabağ
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov
“Neftçi Arena”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki